829
11:30
01 İyun 2020

Azərbaycanda ata uşaqlarını öldürməklə hədələdi

Şəkidə övladlarını silahla hədələyən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, mayın 29-da Şəki şəhər sakinləri olan bacı və qardaş Şəki rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək atası, əvvəllər məhkum olunmuş R.Süleymanovun onları bıçaqla öldürəcəyi ilə hədələməsini bildirib.

Şəki rayon Polis Şöbəsi əməkdaşlarının R.Süleymanovun yaşadığı evə baxışı zamanı 1 ədəd avtoqələm formasında yivsiz silah, 2 ədəd bıçaq, 41 ədəd patron və 15 ədəd giliz aşkar edilib götürülüb.

Faktla bağlı araşdırma aparılır.