156445
14:03
01 İyun 2020

Xatirədən ŞOK AÇIQLAMA: "Boşanmaq həddinə çatmışıq" - VİDEO

Müğənni Xatirə İslam həyat yoldaşı Fəxrəddin bəy barəsində danışıb.

Lent.az -a açıqlama verən ifaçı bildirib ki, dəfələrlə boşanmaq istəyib:

“Bəzən danışanda elə bilirlər ki, özümü tərifləyirəm. Amma heç elə bir fikrim yoxdur. Vallah, başqa adam onunla yola getməz. O çox çətin adamdır. Bacım bizdə qalanda gecə qabı yuyuram, deyir ki, sabah yuyarsan da. Deyirəm, yox bacı, bu qab burda çirkli qalsa, Fəxrəddin danışacaq. Yəni elə bilin ki, qayınanalı evdə yaşayıram. Deyingəndir.

Hər şey efirdən göründüyü kimi deyil. Tam əksidir. Bunu çəkinmədən, qorxmadan deyirəm. Mən elə insanam ki, ilanla da yola gedərəm. Dəfələrlə boşanmaq həddinə gəlib çıxmışıq. Amma mən camaatın qorxusuna görə, evdə od yox, suyam. Çünki boşansam, məni qınayacaqlar. Deyəcəklər ki, bəs tərifləyirdin? Fəxrəddin ölənə kimi mənim başımın tacı olacaq”.

Qeyd edək ki, cütlüyün Emil adlı bir oğlu var.