7579
18:56
31 May 2020

Sabahdan bu ölkədə də karantin rejimi yumşaldılır


İyunun 1-dən etibarən karantin rejiminin bəzi şərtləri yüngülləşdirilir.

APA-nın Böyük Britaniya bürosunun "Sky News"a istinadən verdiyi xəbərə görə, yeni qaydalara əsasən, sabahdan İngiltərədə risk qrupunda olan iki milyondan çox insanın evdən çıxmağına icazə veriləcək.

Bundan başqa, 6 nəfərin bir yerdə toplaşmasına icazə veriləcək. Həmçinin I və VI sinif şagirdləri üçün tədris prosesi bərpa olunacaq.

Xarici İşlər naziri Dominik Raab bəzi elmi məsləhətçilərin narahatlıqlarına baxmayaraq, hökumətin bu qərarını müdafiə etdiyini deyib.

O bildirib ki, COVID-19-la bağlı məhdudiyyətlərinin ehtiyatla yüngülləşdirilməsi düzgün addımdır.

D.Raab qeyd edib ki, koronavirusa yoluxma artacağı halda tədbirlər görüləcək: “Aydındır ki, bu, həssas bir məqamdır, ancaq əbədi olaraq karantin rejimində qala bilmərik. Biz ehtiyatla karantindən çıxmalıyıq”.

Şotlandiya, Uels və Şimali İrlandiyada karantin rejimi ilə bağlı qaydalar həmin ölkələrin hökumətlərinin qərarları əsasında yumşaldılacaq.