Səudiyyə Ərəbistanında məscidlər açıldı
31 may 2020 19:18 (UTC +04:00)

Səudiyyə Ərəbistanında məscidlər açıldı

Səudiyyə Ərəbistanında yeni növ koronavirus səbəbindən iki aydır bağlı olan məscidlər ibadətə açılıb.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ibadət yerlərində bütün lazımi tədbirlər həyata keçirilib.

Mədinədə yerləşən məşhur Məscidül-Nəbi də ibadətə açılıb.

Həyata keçirilən tədbirlər arasında iki metrlik məsafə saxlanmasına diqqət göstərildiyi,  kondisionerlərin işləmədiyi, dəstəmaz yerləri və tualetlərin bağlı olduğu açıqlanıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında martın 17-də verilən qərardan sonra məscidlərdə camaat namazına ara verilmişdi.

Ölkənin Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, Səudiyyə Ərəbistanında bu günə kimi 83 min 384 koronavirusa yoluxma halı aşkar olunub.

480 insan virus səbəbindən dünyasını dəyişib.

 

 

# 2113
avatar

Aygün İbrahimli

Oxşar yazılar