Müdafiə Nazirliyi: Yalan danışmaq deputata yaraşmaz
31 may 2020 14:40 (UTC +04:00)

Müdafiə Nazirliyi: Yalan danışmaq deputata yaraşmaz


Mayın 31-də  Milli Məclisin növbəti iclasında deputat  Vahid Əhmədovun müdafiə nazirinin ünvanına səsləndirdiyi fikirlər yalandır və həqiqəti əks etdirmir.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, son bir ildə müdafiə naziri heç bir brifinqdə iştirak etməyib və ona Şuşa ilə bağlı heç bir sual verilməyib.

Deputata xatırladırıq ki, “Azərbaycan Respublikasının Müdafiə haqqında" qanununun 4-cü maddəsinin müvafiq bəndinə əsasən “müharibə elan edilməsinə və sülh bağlanılmasına razılıq” verilməsi Milli Məclisin səlahiyyətləri çərçivəsindədir.

# 5878
avatar

Oxşar yazılar