1000
11:49
31 May 2020

Azərbaycanda işsizlərin rəsmi statistikasının hazırlanması təklif edildi

“İşsizlərin rəsmi statistikasının hazırlanmasına ehtiyac var”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı millət vəkili Əli Məsimli deyib.

O bildirib ki, aidiyyəti orqanlar 190 manatın iyun ayında da insanlara verilməsi məsələsini nəzərə alsın: “Bu məsələnin həllini tapması vacibdir. 190 manatlıq birdəfəlik ödəmə əvvəl 200 min, sonra 600 min insana şamil edildi. Amma bu da son rəqəm deyil. Ona görə də təklif edirəm ki, statistika yenidən işlənib hazırlansın”.