Azyaşlı qoyunlarla birgə bataqlığa düşdü - YENİLƏNİB
31 may 2020 12:47 (UTC +04:00)

Azyaşlı qoyunlarla birgə bataqlığa düşdü - YENİLƏNİB

Qəbələdə bataqlığa düşən azyaşlı və qoyun sürüsü xilas edilib.

Lent.az FHN-nin saytına istinadla bildirir ki, Türyançay çayının Qəbələ rayonunun Savalan kəndi ərazisindən keçən hissəsində, çay yatağındakı bataqlıq ərazidə köməksiz vəziyyətdə qalan 1 nəfər və heyvan sürüsü Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verilib.

***

Saat: 10:12

Qəbələdə azyaşlı və qoyun sürüsü bataqlığa düşüb.

Lent.az-ın məlumatına görə, Türyançay çayının Qəbələ rayonu, Savalan kəndi ərazisindən keçən hissəsində, çay yatağındakı bataqlıq ərazidə 1 azyaşlı və heyvan sürüsü (təxminən 100 baş xırdabuynuzlu) köməksiz vəziyyətdə qalıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. Nazirliyin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

# 4234
avatar

Mehman Nəbiyev

Oxşar yazılar