Azərbaycanda AĞIR QƏZA: minik avtomobili mikroavtobusla toqquşdu, ölən var - FOTO
30 may 2020 17:00 (UTC +04:00)

Azərbaycanda AĞIR QƏZA: minik avtomobili mikroavtobusla toqquşdu, ölən var - FOTO

Şirvanda baş verən qəzada ölən və xəsarət alanın kimliyi məlum olub.

APA-nın Mil-Muğan bürosunun verdiyi xəbərə görə, Hacıqabul rayon sakini, 1999-cu il təvəllüdlü Ağayev Yaşar Bəkir oğlu idarə etdiyi  “VAZ-2106” markalı 24 BC 805 dövlət nömrə nişanlı avtomobili qarşı tərəfin yoluna çıxararaq dönmə əməliyyatı edən şəhərdaxili marşrut üzrə işləyən 10 MZ 256 dövlət nömrə nişanlı mikroavtobusa çırpıb.

Nəticədə minik avtomobilində olan sərnişin Hacıqabul rayon sakini, 1998-ci il təvəllüdlü İsmayılov Fərid Azər oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

 

Digər sərnişin, Hacıqabul rayon sakini, 1999-cu il təvəllüdlü Həmidov Maşallah Məhərrəm oğlu Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Sürücü yüngül xəsarət alıb.

Qəza zamanı mikroavtobus “Şəhidlər xiyabanı”nın hasarına çırpılıb.

Hadisə yerinə FHN-nin Şirvan yanğından mühafizə xidmətinin xilasediciləri cəlb edilib. Ölən şəxsin sıxılmış meyiti deformasiyaya uğrayan avtomobildən xüsusi avadanlığın köməyi ilə çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Şirvan rayon Polis Şöbəsində araşdırma aparılır.

15:30

Şirvanda ağır yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun verdiyi xəbərə görə, hadisə rayonun girişində qeydə alınıb. “VAZ-2106” markalı minik avtomobili mikroavtobusla toqquşub.

Qəza nəticəsində ölən və xəsarət alanın olduğu bildirilir.

# 3628
avatar

Oxşar yazılar