Dənizdə dalğanın hündürlüyü 4,5 metrə çatdı - Faktiki hava
30 may 2020 16:40 (UTC +04:00)

Dənizdə dalğanın hündürlüyü 4,5 metrə çatdı - Faktiki hava

Ölkə ərazisində faktiki hava açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, saat 16.00-a olan məlumata əsasən, şimal-qərb küləyi Neftçalada 20 m/s, Tər-tərdə 18 m/s, Xaçmazda 16 m/s,   Bakıda və Abşeron yarımadasında: Bakı, Sumqayıtda 28 m/s,  Qum adasında 26 m/s, Maştağada 25 m/s,  Binədə 23 m/s,  Çilov adası, Pirallahıda 20 m/s, Zabratda 18 m/s, Neft Daşlarında 22 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 4,5 metrə çatıb.

# 2359
avatar

Oxşar yazılar