Alkoqollu içkilər dietə nəcə təsir edir?
30 may 2020 15:41 (UTC +04:00)

Alkoqollu içkilər dietə nəcə təsir edir?

Artıq çəkidən qurtulmaq istəyənlər spirtli içkilərdən uzaq olmalıdırlar. Spirtli içkilər arıqlama prosesini yavaşıdır.

E-tibb.az xəbər verir ki, Rusiyadan olan mütəxəssislər pəhriz saxlayan insanlara spirtli içki içməyi məsləhət görmürlər. Mütəxəssislərin fikrincə, alkoqol maddələr mübadiləsini zəiflədir, arıqlama prosesini əhəmiyyətli dərəcədə yavaşıdır və pəhrizdə olan insanlar üçün tövsiyə edilmir. Üstəlik, alkoqol kalorili məhsul olduğu üçün çəkini artırır. Alkoqolda yüksək kalorili maddələr var. Beləliklə, 1 qram etanol parçalanan zaman 7 kkal. enerji  yaranır. Mütəxəssislər qeyd edirlər ki, 0,33 litr pivə özündə təxminən 150 kkal., 150 qram turş şərab təxminən 110 kkal., 100 mililitr konyak - təxminən 240 kkal. ehtiva edir. Şirin likör və spirtli kokteyllərdə isə kalori dəfələrlə çoxdur.

"Hətta kiçik bir dozada alkoqol səhər saatlarında “poxmel"ə və üzdə şiskinləyə səbəb olur, bu da çəkiyə təsir göstərə bilər", - deyə mütəxəssislər bildirib. Amma hesab olunur ki, iki həftədə bir stəkan şərab (125 mililitrədək) içmək çəki artımına səbəb olmur. 

Bundan başqa, yaz aylarında, isti havalarda susuzluğu yatırmaq üçün spirtli içki içmək məsləhət görülmür, çünki tünd içkilər sidikqovucudur və mayenin bədəndən çıxarılmasına kömək edir. Bu vəziyyətdə spirtli içki əvəzinə su içmək lazımdır.

# 3673
avatar

Oxşar yazılar