Kütləvi yoluxma əsasən yas mərasimlərində baş verir - TƏBİB
29 may 2020 19:08 (UTC +04:00)

Kütləvi yoluxma əsasən yas mərasimlərində baş verir - TƏBİB


“Təəssüf ki, yas yerlərində kütləvi yoluxmalar baş verir”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, yas qadağan olunsa da, xüsusən rayonlarda bu qadağalara riayət olunmur: “Yoluxma baş verdikdən sonra analizlər aparılır. Analizlər göstərir ki, yoluxmaların əksəriyyəti yas yerlərində baş verir. Xüsusən, yaşlı insanların və qadınların yas yerlərində toplaşması yoluxmaya səbəb olub. Vətəndaşları qaydalara riayət etməyə dəvət edirik”.

# 4921
avatar

Oxşar yazılar