Hollivud ulduzu niyə mağazadan paltar oğurladı?
29 may 2020 14:00 (UTC +04:00)

Hollivud ulduzu niyə mağazadan paltar oğurladı?

Vinona Rayder  “Edvard-qayçı əllər”, “Ölümcül həvəs” filmlərindən tamaşaçılara yaxşı tanışdır.

Lent.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu məşhur və gözəl Hollivud aktrisası 2001-ci ildə aktrisa brend mağazadan 5560 dollar dəyərində paltar oğurlamaq ittihamı ilə üç il azadlıqdan şərti məhrum edilir.   

Hamını təəccüb götürmüşdü ki, aktrisa o paltarı ala biləcəyi halda niyə oğurlayıb? Vinona bu barədə heç kimə açıqlama vermədən, cəzasını çəkir. 

Psixoloqların fikrincə Vinnona Rayder uşaqlıqdan kliniki depressiya yaşayır. Bu hərəkəti də həmin xəstəliklə bağlıdır. Tibdə xəstəliyin adı kleptomaniya gedir, yəni ehtiyacın olmadığı halda oğurluq edirsən. 

Aktrisa 2010-cu ildə kinoya “Qara qu quşu” filmi ilə qayıdır. Film və onun oynadığı baş rol çox böyük uğur qazanır.  Ardınca çəkildiyi “Çox qəribə işlər” serialı onun uğurunu möhkəmlədir. Aktrisa bu filmdəki roluna görə “Qızıl qlobus” alır. 
Xəstəliyi isə sağalan deyil.  Cüzi sarsıntı onu yenə oğurluğa sövq edə bilər. 

# 4876
avatar

Oxşar yazılar