DÜNYADA İLK: 8K keyfiyyətli holoqrafik 3D ekranı - VİDEO
28 may 2020 19:42 (UTC +04:00)

DÜNYADA İLK: 8K keyfiyyətli holoqrafik 3D ekranı - VİDEO

4K keyfiyyətli ekranlar hələ təzə-təzə məşhurlaşmağa başlayırlar. Lakin istehsalçılar artıq 4K-dan daha yüksək təsvir görüntüsünə sahib ekranların istehsalına start verirlər.

Lent.az "technote"a istinadən xəbər verir ki, ABŞ-ın Looking Glass şirkəti bu məsələdə daha da irəli gedib.

Belə ki, onun yeni məhsulu 8K keyfiyyətli holoqrafik 3D ekran olub. Sözügedən ekran xüsusi eynəklər və ya VR cihazlar olmadan 3D təsviri əks etdirə bilir.

Şirkət bu 32 düym ölçüdə olan ekranın özəlliklərini əks etdirən videonu təqdim edib.

# 4432
avatar

Oxşar yazılar