Escobarın qardaşı Apple şirkətini məhkəməyə verdi - SƏBƏB - VİDEO
28 may 2020 18:30 (UTC +04:00)

Escobarın qardaşı Apple şirkətini məhkəməyə verdi - SƏBƏB - VİDEO

Narkobaron Pablo Escobar-ın qardaşı Roberto Escobar keçən il çox səs-küy yaratmışdı. Belə ki, o, keçən il özünün Escobar Fold 1 adlı qatlana bilən smartfon modelini satışa çıxartmışdı.

Lent.az "technot"a istinadən xəbər verir ki, sonradan məlum olub ki, bu, adi Galaxy Fold smartfonudur. Sadəcə olaraq onun üzərinə stikerlər yapışdırılıb. İndi isə Roberto Escobar, Apple şirkətinin məhsullarının lazımi səviyyədə təhlükəsizliyə sahib olmadıqlarını qeyd edərək şirkəti məhkəmyə verib və eksklüziv iPhone 11 Pro modelini satışa çıxardıb. Bu barədə 4pda saytı xəbər verib.

Roberto Escobar, Apple şirkətini məhkəməyə verərək ondan 2.6 milyard dollar təzminat tələb edir. Roberto-nun sözlərinə əsasən onun 2018-ci ildə əldə etdiyi iPhone X smartfon modeli onun həyatını təhlükə altına atıb. Belə ki, smartfonu alan zaman Apple əməkdaşı qeyd etmişdi ki, bu, dünyanın ən təhlükəsiz smartfon modelidir. Lakin yarım ildən sonra o, Diego adlı şəxsdən təhdid xarakterli məktub əldə edib. Öz məktubunda həmin şəxs qeyd edib ki, o, Roberto-nun ünvanını FaceTime tətbiqi vasitəsilə aşkar edib.

# 4156
avatar

Oxşar yazılar