Bosniyalı yarımmüdafiəçi “Qarabağ”da oynamaq istəyir
27 may 2020 11:46 (UTC +04:00)

Bosniyalı yarımmüdafiəçi “Qarabağ”da oynamaq istəyir

Ağdamın “Qarabağ” klubunun mövsümlərarası fasilədə heyətinə qatmaq istədiyi futbolçulardan biri bəlli olub.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Azərbaycan çempionu Bosniya və Herseqovina yığmasının sabiq futbolçusu Amar Rahmanoviçin xidmətində maraqlıdır.

“Qarabağ” rəsmiləri artıq 26 yaşlı yarımmüdafiəçi ilə əlaqə saxlayaraq transfer etmək istədiklərini bildirib. Bu səbəbdən də Amar şərəfini qoruduğu “Sarayevo”nu yayda tərk edəcək. Çünki orta sahə oyunçusunun özü də Ağdam klubu ilə müqavilə bağlamaq niyyətindədir.

Vaxtilə Bosniya və Herseqovinanın U-17, U-18, U-19 və U-21 yığmalarında oynamış yarımmüdafiəçi indiyədək Balkan yarımadası klublarında çıxış edib. O, vətənində “Sloboda”, “Olimpik”, Serbiyada “Novi Pazar”, Xorvatiyada “İstra”, Sloveniyda “Koper”, “Maribor” və “Çelye”nin şərəfini qoruyub.

Qeyd edək ki, bu mövsüm 12 oyunda 3 qol vuran Rahmanoviç 2017-ci ildən Sarayevonun eyniadlı təmsilçisində forma geyinir.

# 2239
avatar

Oxşar yazılar