10:21
27 May 2020

İtaliya çempionatının bərpa tarixi təsdiqləndi

İtaliya A seriyası koronavirus pandemiyası üzündən dayanan 2019/20 mövsümü ilə bağlı bəyanat yayıb.

Apasport.az saytının məlumatına görə, qurum mövsümün bərpası planını təsdiqləyib.

Liqanın Şurası mayın 13-də qəbul olunan qərarları qüvvədə saxlayıb. Bu isə o deməkdir ki, A seriyasının iyunun 13-də başlaması qrafiki dəyişməz qalıb.

Həmçinin, Şura A seriyası və İtaliya kubokunun bütün matçlarının keçirilməsi variantlarını da müzakirə edib. Variantlarla bağlı yekun qərar mayın 28-də idman nazirinin də qatılacağı görüşdə veriləcək.

Dİgər xəbərlər