Qadın futbolçuları zorlayan federasiya prezidenti cəzalandırıldı
26 may 2020 13:50 (UTC +04:00)

Qadın futbolçuları zorlayan federasiya prezidenti cəzalandırıldı


Haiti Futbol Federasiyasının prezidenti Yves Jan-Bart 90 gün müddətinə vəzifəsindən uzaqlaşdırılıb.

Apasport.az saytının məlumatına görə, buna səbəb onun qadın futbolçuları təcavüz etməsi iddiasının ortaya atılmasıdır.

Jan-Bart Haitinin qadınlardan ibarət millisinin bir neçə oyunçusunu zorlamaqda ittiham olunur. Hazırda bununla bağlı istintaq davam etdirilir. FİFA da istintaq müddətində onun səlahiyyətlərini yerinə yetirməməsini məqsədəuyğun bilib. Jan-Bart qarşıdakı 3 ay ərzində prezidentlik vəzifəsini icra edə bilməyəcək.

Qeyd edək ki, Yves Jan-Bart 20 ildir Haiti Futbol Federasiyasına rəhbərlik edir.

# 3874
avatar

Oxşar yazılar