19:00
26 May 2020

Valideynlərə maska xəbərdarlığı: öldürə bilər!

Yaponiya Pediatriya Dərnəyinin həkimləri maskaların hər kəs üçün uyğun olmadığını açıqlayıb.

Lent.az xarici mediaya istinadən bildirir ki, dərnək üzvləri “Maskalar 2 yaşdan aşağı uşaqlar üçün istifadə olunmasın. Uşaqlarda nəfəs borusu dar olduğu üçün çətinlik yarada bilər” deyə, vurğulayıblar.

Dərnəkdən, həmçinin, bildirilib ki, maskaların 2 yaşdan az uşaqların nəfəs almasına yaratdığı problem onların boğulmasına səbəb olur. Ona görə də həmin yaş qrupunda olan uşaqlara maska taxılmaması tövsiyə olunur.

Dİgər xəbərlər