907
09:30
26 May 2020

Bakıda narkotik alverçiləri tutuldu: metamfetmain, tiryək...

Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxslərə qarşı əməliyyat tədbirləri keçirilib.

Lent.az -ın məlumatına görə, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı sakini, əvvəllər məhkum olunmuş 45 yaşlı Ülvi Əliyevdən 0.101 qram heroin, 0.613 qram tiryək, 54 yaşlı Natiq Əzizovdan 0.023 qram heroin və 0.149 qram metamfetamin aşkar olunub.

Sabunçu Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün keçirdiyi əməliyyat nəticəsində Bakı sakini 33 yaşlı Teymur Hüseynovdan 1.476 qram metamfetamin aşkar olunaraq götürülüb.

Bundan başqa, Səbail Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsi və 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş 60 yaşlı islamQurbanovdan 0.306 qram heroin aşkar olunaraq götürülüb.