İspaniyanın “Real” klubunun futbolçulara cari mövsümün titulları üçün vəd etdiyi mükafat bəlli olub.
Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisi Çempionlar Liqası və La Liqada qalib gəlsə, hər oyunçu 720 min avro əldə edəcək.
Klubun prezidenti Florentino Peres indiki durumda belə yüksək mükafat qoyulmasını zəruri hesab edib. O hesab edir ki, koronavirus pandemiyası dövründə maaşların azaldılmasına razı olan futbolçular mükafat hesabına itkinin bir hissəsindən kompensasiya edəcək.
Qeyd edək ki, “Real” La Liqanın 27 turundan sonra “Barselona”dan 2 xal geri qalır. Çempionlar Liqasının 1/8 finalının ilk oyununda “Mançester Siti”yə 1:2 hesabı ilə uduzan madridlilər cavab görüşünü gözləyir.