814
11:30
22 May 2020

Ov tüfəngi ilə 7 nəfəri öldürdü - Ukraynada

Ukraynada kişi ov tüfəngindən atəş açaraq 7 nəfəri öldürüb.

APA-nın xəbərinə görə, hadisə Jitomir vilayətində baş verib.

Ukrayna Milli Polisinin vilayət üzrə İdarəsinin mətbuat xidmətinin məlumatında bildirilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsi saxlayıb, qətldə istifadə olunmuş silahı götürüblər.

İnsidentin münaqişə zəminində Popelyansk rayonunun Novoselitsa kəndinin sakini tərəfindən törədildiyi bildirilir. İcarədar olan yerli sakin münaqişə zəminində ov tüfəngindən atəş açaraq 7 nəfəri qətlə yetirib.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. İnsidentin səbəbləri araşdırılır.