“Neymar duyğularından utanmayacaq qədər güclüdür” - Natalya - FOTOLENT
22 may 2020 09:37 (UTC +04:00)

“Neymar duyğularından utanmayacaq qədər güclüdür” - Natalya - FOTOLENT


PSJ-nin hücumçusu Neymar növbəti dəfə gündəmə gəlib.

Apasport.az saytının məlumatına görə, Braziliya millisinin üzvünün bu dəfə sevgilisi Natalya Baruliçlə şəkli Rusiyanın GQ jurnalının üz qabığını bəzəyib.

İyun nömrəsindəki anonsda Neymarla bağlı belə yazılıb: “Kişilər ağlamaz. Bu, Neymarla əlaqəli deyil. O, duyğularından utanmayacaq qədər güclüdür. Bu gün dünyanın ən bahalı futbolçusu bizə həqiqətən nəyin bahalı olduğunu xatırladır, sevdiklərimizi və yaşadığımız dünyanı qorumaq üçün hücumda irəliləyir”.

Qeyd edək ki, 28 yaşlı rusiyalı model Natalya Baruliç bir müddət əvvəl Neymarla sevgili olduğunu təsdiqləyib.

# 4594
avatar

Oxşar yazılar