“Ronaldo mənə hamıdan çox problem yaradırdı” – Kapello
20 may 2020 10:47 (UTC +04:00)

“Ronaldo mənə hamıdan çox problem yaradırdı” – Kapello

Madridin “Real” klubunun keçmiş baş məşqçisi Fabio Kapello Braziliya millisinin keçmiş hücumçusu Ronaldo ilə birgə işləməsindən danışıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, onun sözlərinə görə, Ronaldo onun işlədiyi ən istedadlı futbolçulardan biri olub. 

“Ancaq o, mənim üçün ən çox problem yaradıb. O, əyləncə gecələri təşkil edir və istədiyini edirdi. Van Nistelroy bir dəfə mənə dedi ki, soyunub-geyinmə otağından spirtli içki iyi gəlir.

Ronaldo “Milan”a keçəndən sonra komandada hər şey qaydasına düşdü. Əlbəttə, Ronaldonun istedadına heç bir şübhə ola bilməz”, - Kapello vurğulayıb. 

Xatırladaq ki, braziliyalı Ronaldo “Kral klubu”nda 2002-2007-ci illərdə oynayıb. 

# 3640
avatar

Oxşar yazılar