21:14
17 May 2020

İtaliyada pandemiyadan bəri ən az ölüm qeydə alındı

İtaliyada son sutkada koronavirusdan 145 nəfər ölüb. Ölkə üzrə dünyasını dəyişənlərin ümumilikdə sayı 31908 nəfərə çatıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Mülki Müdafiə Departamentinin xülasəsində qeyd edilib.

Bildirilib ki, son gündə müşahidə edilən ölüm sayı pandemiyanın başlanğıcından bəri ən aşağı göstəricidir.

Son bir gündə koronavirusa yoluxanların sayı 675 nəfər artaraq 225 435-ə çatıb.

Qeyd edək ki, İtaliyada bir sutkada rekord ölüm sayı martın 27-də (969 nəfər), yoluxma sayı isə martın 21-də (6557 nəfər) qeydə alınıb.

Dİgər xəbərlər