İçib gömrük qapısına uzanan  iranlı həbs edildi
02 sentyabr 2026 16:33 (UTC +04:00)

İçib gömrük qapısına uzanan iranlı həbs edildi

0

Astara gömrüyündə ictimai asayişi pozan əcnəbi həbs olunub.

Lent.az xəbər verir ki, 39 yaşlı İran vətəndaşı Tohidi Rza Mirzağa oğlu gömrük qapısında içkili halda yerə uzanaraq, nalayiq ifadələr işlədib. Hadisə gecə saatlarında baş verib, onun bu hərəkəti gömrük və sərhəd işçilərinin fəaliyyətinə mane olub.

Xidmətdə olan polis əməkdaşları Rzaya irad bildirib hərəkətlərini dayandırmağını desələr də, o, bu tələbə məhəl qoymayıb. Nəticədə o saxlanılaraq, barəsində müvafiq protokollar tərtib olunub.

Məhkəmənin qərarı ilə əcnəbi vətəndaş 10 gün müddətinə inzibati qaydada həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 144

Oxşar yazılar