09:40
17 May 2020

“Karantinin bitməyini istəmirəm” - Nigar Camal

“Eurovision 2011” qalibi Nigar Camal “Xəzər” TV-də yayımlanan “5/5” proqramında qonaq olub.

Karantin günləri ilə bağlı sualları cavablandıran sənətçi verdiyi açıqlama ilə diqqət çəkib.

“Evdar xanım olmuşam. Bütün günü yemək bişirirəm. Bunu etməkdən xoşum gəlir. Karantin bitir, amma bitməyini istəmirəm. Şənbə günləri AzTV-də efirdə oluram. Qalan günlər isə evdə ya da bağda qalıram” deyə, Nigar bildirib.

Qeyd edək ki, tarixindən koronavirus pandemiyası ilə bağlı tətbiq olunan karantin rejimində 18 may yumşalmalar olacaq.

(Axşam.az)

Dİgər xəbərlər