4819
13:10
16 May 2020

“Çikunqunya qızdırması”, yoxsa ağciyər vəbası - Yəməndə KÜTLƏVİ ÖLÜM

Yəmənin müvəqqəti paytaxtı Ədən şəhərində naməlum xəstəlik səbəbindən yüzlərlə insan ölüb.

Xəstəliyin “Çikunqunya qızdırması” və ya ağciyər vəbası olduğu güman edilir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyinin şöbə rəisi Əhməd Nəsirin də bu xəstəlikdən öldüyü bildirilir. Hökumət mənbələrindən mediaya sızan məlumatlara görə, mayın 1-dən 13-dək 6-sı dövlət məmuru olmaqla 623 nəfər vəba və ya digər viruslara görə həyatını itirib.

“Çikunqunya qızdırması”nın ağcaqanadlar vasitəsilə yayıldığı qeyd edilir.