12:20
16 May 2020

Məşhur ulduzların məlumatları OĞURLANDI

Nyu-Yorkun “Grubmhire Meiselas & Sacks” hüquq firmasının kompüter sisteminə kiber hücum olub.

Lent.az axşam.az-a istinadən xəbər verir ki, hakerlər müqavilələrin elektron surətlərini, şirkətin nümayəndələri ilə müştərilərin yazışmalarını, şəxsi məlumatlarını, o cümlədən telefon nömrələrinı və poçt ünvanlarını da daxil olmaqla ümumilikdə 756 giqabayt məlumat oğurlayıblar.

Firmanın müştəriləri arasında Meray Keri, Madonna, Kristina Agilera, Ledi Qaqa, Niki Minaj, Bryus Sprinqstin, Bett Midler, Pryanka Çopra, Cessika Simpson, Robert De Niro kimi məşhurlar da var.

Hazırda məlumatların qaytarılması üzərində bu sahədə ixtisaslaşmış ən yaxşı dünya ekspertləri çalışır.

Dİgər xəbərlər