06:12
16 May 2020

Rusiya vətəndaşlarının Türkiyə istəyi

“Pandemiyadan sonra turizm fərqli bir istiqamət alacaq. Turizm sahəsində hansı tədbirlər görüləcək, bununla bağlı Almaniya və Rusiya Xarici işlər nazirləri ilə də müzakirələrimiz olub. Yaxın günlərdə Almaniya Xarici işlər nazirləri ilə videokonfrans keçirəcəyik”.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu “A haber” televiziyasına açıqlamasında bildirib.

Nazir qeyd edib ki, turizm sahəsində beynəlxalq səfərlərlə əlaqədar Türkiyənin Səhiyyə naziri bəzi ölkələrin səhiyyə nazirləri ilə danışıqlar aparıb: “Digər sahələrin müvafiq qurumları ilə də müzakirələr davam edir. Rusiyanın Xarici işlər naziri Lavrovla danışarkən bu mövzudan söz acdı. Məlum oldu ki, Rusiya vətəndaşları yenə də Türkiyəyə turist səfərləri etməkdə maraqlıdır”.

Pandemiya başlayandan indiyədək 114 ölkədən Türkiyəyə 70 minə yaxın vətəndaşın gətirildiyini vurğulayan nazir onların 14 günlük karantin müddəti başa çatdıqdan sonra evlərinə buraxıldıqlarını deyib.

Çavuşoğlu Səudiyyə Ərəbistanında qalan Türkiyə vətəndaşlarının yaxın günlərdə ölkəyə təxliyə ediləcəyini bildirib.

Nazir Həcc və Ümrə ziyarətilə bağlı Səudiyyə Ərəbistanı Krallığından bəlli bir qərarın olmadığına görə, bu mövzudan danışmağın hələlik tez olduğunu deyib: “İslam Əməkdaşlıq Təşkilatı bu prosesi nəzarətdə saxlayır”.

Dİgər xəbərlər