Türkan Vəlizadəyə evlilik təklifi etdi, CAVABI... - VİDEO
15 may 2020 11:20 (UTC +04:00)

Türkan Vəlizadəyə evlilik təklifi etdi, CAVABI... - VİDEO

Müğənni Türkan Vəlizadə şəxsi həyatından danışıb.

Lent.az-ın canlı yayımında qonaq olan ifaçı bildirib ki, ailə qurmaq niyyətindədir:

''Ailə həyatı qurmaq istəyərəm. Buna görə ailədən kənar münasibətimin olmasını istəmərəm. Doğrudur, ailədən kənar şəxsi münasibəti olan insanlar var, ancaq bu mənə xas olan bir xarakter deyil. Mənim heç vaxt sponsorum olmayıb. Çünki gələn təklifləri qəbul etməmişəm. Elə vaxtlar olub ki, 10 manata da gedib oxumuşam. Restoranlarda 10-20 manata həm oxuyub, həm də aparıcılıq edirdim. Elə günüm olub ki, ev kirayəmi belə ödəyə bilməmişəm.

Kasıb insanla da ailə quraram. Kasıblıq görmüşəmsə, halal zəhmətimlə pul qazanmışamsa, həmin bəyi də qəbul edərəm. Bizim pərəstişkarlarımız elə kasıb təbəqədəndir. Elə mən kasıbın qadasın alaram''.

Müğənni daha sonra bildirib ki, ona evlilik təklifi gəlib: “Bu yaxınlarda mənə evlilik təklifi etdilər. Daha çox İnstaqramda evlilik təklif edilər. Amma sosial şəbəkədən gələn təklifləri ciddiyə almıram. Çünki inanmıram”.

# 265783
avatar

Yalçın UĞUR

Oxşar yazılar