09:24
15 May 2020

"Acıq edib evi tərk edən qadın, geri qayıtdısa, ucuzlaşır"- Nadir

Müğənni Nadir Qafarzadə həyat yoldaşından acıq edib evlərini tərk edən qadınlar barədə danışıb. Lent.az -ın məlumatına görə, “Elgizlə izlə” verilişində qonaq olan ifaçı qadınlara məsləhətlər verib:

“Çalışın ki, acıq edib evinizdən getməyin. Biləsiniz ki, hər dəfə gedən zaman ucuzlaşırsınız. Ya getdinizsə, qayıtmayın. Məsələn 100 manatlıq bir brilliantsınızsa, qiymətiniz 80 manat olur. Yəni getdiyiniz zaman dəyəriniz azalır. Ona görə də getdinizsə, qayıtmayın”.

Dİgər xəbərlər