19:30
11 May 2020

Piylənmə koronavirusa yoluxma riskini artırırmı? - "ACE2 a" FERMENTİ

Piylənmənin ürək xəstəlikləri, xərçəng və 2-ci tip diabet də daxil olmaqla bir sıra xəstəliklərin riskini artırdığı bilinir.

Lent.az BBC-yə istinadən xəbər verir ki, erkən tədqiqatlar piylənmənin insanlarda Covid-19-a yoluxmasını artıra biləcəyini bildirir.

Bəs, bu niyə belədir?

Piylənmənin virusa yoluxma riskini artırdığını sübut edən dəlil varmı?

Mütəxəssislər üzərində işlədikləri bir çox araşdırmada bu suala cavab tapmağa çalışıblar.

İngiltərədəki Covid-19 xəstəsi olan təxminən 17 min nəfərdə aparılan bir araşdırmada bəlli olub ki, bədən kütləsi indeksi 30-dan çox olanların olmayanlara nisbətən 33 faiz daha çox ölüm riski var.

NHS elektron sağlamlıq qeydlərinin ayrıca bir araşdırması artıq çəkili şəxslərin Covid-19-dan ölmə riskinin digərlərinə nisbətən iki dəfə artıq olduğunu göstərib. Tədqiqatçılar, ürək xəstəliyi və tip 2 diabet kimi piylənmə ilə əlaqəli digər sağlamlıq şərtlərinin də nəzərə alındığını bildiriblər.

Böyük Britaniyanın reanimasiya şöbələrindəki ağır xəstələrin 34,5 faiz-inin artıq çəkili, 31,5 faizinin piylənməyə meylli olduğu və 7 faizinin isə hədsiz dərəcədə artıq çəkili olduğu bəlli olub. Bu isə sağlam bədən kütləsi indeksi olanlara (26 faiz) nisbətdə 73 faiz təşkil edib.

Bu rəqəmlər Britaniyanın 64 faiz artıq çəkili və piylənməyə meylli əhalisinin (35 faizi 25-29 və 29 faizinin isə 30 və ya daha çox bədən kütləsi indeksi) strukturuna bənzəyir. Bədən kütləsi indeksi şəxsin kiloqramla çəkisinin kvadrat metrlə hündürlüyə bölünməsi ilə hesablanır.

Qlobal piylənmənin yüksək nisbətlərini nəzərə alaraq, Dünya Piylənmə Federasiyası koronavirus xəstəliyinə yoluxanların böyük əksəriyyətinin "25-dən yuxarı bir bədən kütləsi indeksinə sahib şəxslər" olduğunu bildirib. ABŞ, İtaliya və Çində aparılmış ilkin araşdırmalar da bunun əhəmiyyətli bir risk faktoru olduğunu göstərir.

Yaşlanmaq, kişi olmaq və sağlamlıq problemlərinin gözardı etmək hamısı Covid-19 virusuna daha ağır yoluxmaya səbəb ola bilər.

Artıq çəki nə üçün risklidir?

Nə qədər artıq çəkiniz olsa, bir o qədər yağ gəzdirirsiniz, nə qədər az "fit formadasınızsa", ağciyər tutumunuz bir o qədər azalır. Bu o deməkdir ki, qana və bədənin ətrafına oksigen daxil olması daha böyük mübarizə tələb edəcək. Bu da ürəyə və qan dövranına təsir edir.

"İnsanlar daha çox artıq çəkili olduqları üçün daha çox oksigenə tələbat yaranır. Yəni, bu, onların sisteminə daha çox təzyiq olduğunu göstərir", -Qlazqo Universitetindən professor Navid Sattar deyib.

Koronavirus kimi infeksiya zamanı bu ağır ola bilər.

"Nəticədə obez bədən əsas orqanlara oksigen çatışmazlığı yaradır", Reading Universitetindən doktor Dyan Sellayah deyir.

Reanimasiyada olan insanların nəfəs almağa və böyrək funksiyası ilə dəstəklənməyə daha çox ehtiyacının olmasının səbəbi artıq çəki və piylənmədir.

Yağ hüceyrələri hansı rolu oynayır?

Elm adamları hüceyrələrdə mövcud olan ACE2 adlı bir fermentin virusun bədənə girməsin üçün əsas yol olduğunu tapıblar.

Bu molekulun piylənmiş insanlarda daha çox olan dəri altındakı və ya orqanlarının ətrafındakı yağlı toxumada olur.

Bu, həmin şəxslərin xəstəliyə tutulma riskinin daha yüksək olması və onunla xəstələnmə riskinin artmasının səbəbi ola bilər.

İmmunitet sistemi də bundan təsirlənirmi?

Hər şeyin öncə bədənin immunitet olaraq bilinən virusla mübarizə qabiliyyəti obez insanlarda o qədər də yaxşı deyil, çünki bədən yağında olan makrofaglar adlanan immun hüceyrələr çox aktiv olduqda ciddi problemlər yaradır.

Alimlərin fikrincə, immun sisteminin bu vəziyyətdə həddən artıq reaksiyası iltihab və həyati təhlükə yarada biləcək - 'sitokin fırtınasına' aparıb çıxara bilər.

"Çox güman ki, virusa qarşı immunitetin reaksiyası obez şəxslərdə effektiv olmur. Bu, obezlik hallarının daha yüksək olduğu BAME keçmişi olan insanların virusa həssas qrup olduğunu izah edə bilər", - Dyan Sellayah deyir.

Bəs, başqa gizli problemlər ola bilərmi?

Piylənmə tez-tez digər sağlamlıq problemlərini - zəif bir ürək və ya ağciyər, zəif işləyən böyrək və ya 2-ci tip şəkər xəstəliyini özü ilə birlikdə gətirir.

Bütün bunlar çox da üzə vurmur, o vaxta qədər ki, Covid-19 kimi ağır bir infeksiyanın inkişafı başlayır və bütün digər problemlərin hamısı bədəni əlavə stressə məruz qoyur.

Qan laxtalarının da bu dövrdə yaranması ehtimalı daha çoxdur, amma bunun səbəbi bəlli deyil.

Xəstəxanada müalicə necə?

Piylənmə olan xəstələri reanimasiyada idarə etmək məsələsində problemlər var, çünki onları intubasiya etmək və çəkilərinə görə rentgen etmək daha çətindir.

Ağır xəstələrə daha rahat nəfəs almaq üçün yerində dönmək və ya meyllənmək daha çətin ola bilər.

Bədən yağını azaltmaq üçün nə edə bilərəm?

Ən yaxşı yol sağlam, balanslı bir pəhrizə əməl etmək və mütəmadi olaraq məşq etməkdir.

Sürətli gəzinti, asta qaçış və velosiped sürmə, hətta məcburi sosial uzaqlaşdırma tədbirləri zamanı da yaxşı seçimdir.

Əks təqdirdə, yavaş-yavaş yemək yeməyə çalışın və həddindən artıq yeməyə aludə ola biləcəyiniz vəziyyətlərdən qaçın.

Dİgər xəbərlər