2373
13:42
11 May 2020

"İlk oyunumda Azərbaycana 5 qol vurdum" - Əmrə Belezoğlu

"Bizim ölkə olaraq ən böyük problemimiz bir oyun fəlsəfəmizin olmamasıdır".

Apasport.az saytının məlumatına görə, bunu "Fənərbaxça"nın kapitanı Əmrə Belezoğlu deyib.

İnstaqramda keçmiş komanda yoldaşı Arda Turanla canlı bağlantı quran 40 yaşlı orta sahə oyunçusu karyerası ilə bağlı maraqlı xatirələrini bölüşüb. Mövsümün sonunda karyerasını bitirəcək Əmrə futbola hücumçu kimi başladığını deyib. O, hətta Azərbaycan millisi ilə həmin dönəmdəki qarşılaşmanı da yada salıb: "Futbola hücumçu kimi başladım. Aşağı yaş qrupu üzrə milli komandadakı ilk oyunumda Azərbaycanı 5:0 hesabı ilə məğlub etdik, 5 qolu da mən vurdum".

Qeyd edək ki, Əmrə Belezoğlu Türkiyənin U-15 yığmasından başlayaraq, aşağı yaş qrupu üzrə bütün millilərində çıxış edib. O, əsas komandada 101 matçda meydana çıxıb, 9 qola imza atıb.

Dİgər xəbərlər