12:00
11 May 2020

Məşhur futbolçu ana oldu - FOTOLAR

"Orlando Payret" və ABŞ-ın qadınlar millisinin hücumçusu Aleks Morqanın övladı dünyaya gəlib.

30 yaşlı futbolçu bu barədə "İnstaqram" hesabında məlumat verib. Xanım futbolçu qız övladına Çarli Elena adının verildiyini bildirib.

Qeyd edək ki, Morqan "Lion"la Çempionlar Liqasının qalibi olub. O, ABŞ millisində 2 dəfə dünya çempionluğu yaşayıb. /qol.az

Dİgər xəbərlər