Belarus çempionatında İLK TƏXİRƏSALINMA
09 may 2020 18:51 (UTC +04:00)

Belarus çempionatında İLK TƏXİRƏSALINMA


Avropada çempionatı davam edən yeganə ölkə olan Belarusda ilk təxirəsalınma reallaşıb.

Apasport.az saytının məlumatına görə, birinci liqanın "Qomel" - "Arsenal" qarşılaşması keçirilməyəcək.

Sabah Qomel şəhərindəki Mərkəzi Arenada baş tutmalı olan görüş daha sonrakı vaxta təxirə salınıb. Buna səbəb "Arsenal"ın bir futbolçusunda koronavirus infeksiyası xəstəliyi aşkar edilməsidir.

Qeyd edək ki, Belarusdan başqa Avropanın bütün ölkələrində milli çempionatlar dayandırılıb.

# 4179
avatar

Oxşar yazılar