Ermənistan parlamentində dava düşdü - VİDEO
08 may 2020 11:35 (UTC +04:00)

Ermənistan parlamentində dava düşdü - VİDEO

Ermənistan parlamentində dava düşüb.

APA-nın "armenpress"ə istinadən verdiyi xəbərə görə, dava müxalifət partiyası "İşıqlı Ermənistan"ın lideri Edmon Marukyanın iqtidar partiyası olan "Mənim addımım"ın deputatı Babken Tunyana cavab çıxışı zamanı baş verib. 

Belə ki, iqtidar partiyasının digər təmsilçisi Sasun Mikayelyan müxalifət lideri E. Marukyanın çıxışını kəsməyə çalışıb.  

S. Mikayelyanın mikrofonu söndürülsə də, o, etirazına davam edib.

Daha sonra iki deputat arasında dava düşüb, digər deputatlar da davaya qoşulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2823

Oxşar yazılar