07:10
08 May 2020

Trampın köməkçilərindən birində koronavirus aşkarlandı

ABŞ Prezidenti Donald Trampın köməkçilərindən birində yeni növ koronavirus (COVID-19) testinin nəticəsi pozitiv olub.

APA-nın “Anadolu” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, Tramp həmin şəxslə çox yaxın təmasda olmadığını deyib və iki dəfə COVID-19-la bağlı test nəticəsinin neqativ çıxdığını bəyan edib.

ABŞ prezidenti özünün və vitse-prezident Mayk Pensin hər gün koronavirus testindən keçəcəyini bildirib.

Dİgər xəbərlər