1443
12:26
07 May 2020

Azərbaycan BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılmasını təklif etdi

Azərbaycan yeni növ koronavirusla (COVID-19) mübarizədə beynəlxalq ictimaiyyətin səylərini gücləndirmək məqsədilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının xüsusi sessiyasının çağırılmasını təklif edib.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində bildirib.

“Əlbəttə, bizi ümumi dərd birləşdirir. Biz mənim təşəbbüsümlə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində koronavirusa həsr olunmuş xüsusi sessiyasının çağırılmasını təklif etmişik”, - Azərbaycan Prezidenti vurğulayıb.

Dövlət başçısı əlavə edib ki, Azərbaycan dünya miqyasında pandemiya ilə mübarizədə digər səylər də göstərib: “Biz Qoşulmama Hərəkatının nisbətən ölkələrinə təxirəsalınmaz dəstək verilməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar ayırmışıq. Bu, bizim ikinci donor ödəməmizdir. Bundan əvvəl mat ayında qlobal pandemiya ilə mübarizə məqsədilə Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar ayırmışdıq”.