2919
19:15
06 May 2020

Bu ölkədə 122 milyon insan işsiz qaldı

Hindistanda koronavirus pandemiyasına görə tətqbiq olunan qadağalar aprel ayında 122 milyon insanın işini itirməsi ilə nəticələnib.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, martın 25-dən Hidistanda küçəyə çıxmaq qadağan olunduğundan kütləvi şəkildə işdən çıxarılanlar olub.

Ölkənin İqtisadıyyatı İzləmə Mərkəzi işsizliyin 27,1 faizlik göstərici ilə rekord həddə çatdığını açıqlayıb.

Aprel ayında işsiz qlan 122 milyon insandan 91 milyonu xırda ticarətlə məşğul olanlar və sənətkarlardır.

Fərdi məşğulluğu olan 18 milyon insan da işini itirənlər siyahısındadır.

Qeyd edək ki, bu günə kimi Hindisatnda 49 min 436 insan koronoavirusa yoluxub, onların 695-i dünyasını dəyişib.