5085
14:19
06 May 2020

Teleaparıcı Milli Məclisin mətbuat katibi oldu

Parlament Aparatında aparılan struktur və kadr dəyişiklikləri çərçivəsində yeni yaradılmış Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə müdir – Milli Məclisin Mətbuat katibi vəzifəsinə Ceyhun Yusif oğlu Əliyev təyin edilib.

Milli Məclisdən APA -ya bildirilib ki, Parlamentin Sədri Sahibə Qafarova bu haqda müvafiq sərəncam imzalayıb.

Ceyhun Əliyev bu gün kollektivə təqdim olunub.

Qeyd edək ki, bundan əvvəl AzTV-nin əməkdaşı Elnar Məmmədlinin parlamentin mətbuat xidmətinin rəhbəri təyin olunması barədə məlumat yayılmışdı.