18:00
05 May 2020

“Beşiktaş” daha bir əcnəbi futbolçusu ilə vidalaşacaq


“Beşiktaş” daha bir əcnəbi futbolçusu ilə bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, qapıçı Loris Kariusla yollarını ayıran Türkiyə klubu hücumçu Kevin-Prins Boatenqlə də vidalaşacaq.

Kariusdan fərqli, Boatenqin gedişi heç də onun performansı ilə əlaqədar olmayacaq. Super Liqa təmsilçisi hazırda icarə əsasında çıxış edən qanalı forvarddan məmnun qalsa da, onun yüksək məvacibi qalmasını əngəlləyir. Koronavirus pandemiyası səbəbindən ciddi maliyyə problemi ilə üzləşən “ağ-qaralar” 33 yaşlı futbolçunu yüksək məbləğdə maaşına görə, mövsümün sonunda müqavilə ilə məxsus “Fiorentina”ya qaytaracaq.

Qeyd edək ki, “Beşiktaş”ın qış fasiləsində heyətinə cəlb etdiyi Boatenq 6 oyunda 2 qola imza atıb.

Dİgər xəbərlər