Kremlin baş aşpazı AÇIQLADI: Onlar nə yeyirmiş? - SİYAHI
05 may 2020 13:58 (UTC +04:00)

Kremlin baş aşpazı AÇIQLADI: Onlar nə yeyirmiş? - SİYAHI

Kremlin baş aşpazı Anatoli Qalkin SSRİ-nin və Rusiya liderlərinin menyüsündən danışıb.

Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, hələ Brejnev dönəmindən Kreml liderlərinə yemək hazırlayan Qalkin maraqlı məqamlara toxunub.

O bildirib ki, Leonid Brejnev ov quşlarını çox sevirmiş. Onun menyüsündə əksər vaxtlar Moskva ətrafındakı Zavidovodan ovlanmış ördəklərdən hazırlanmış yeməklər olub. SSRİ prezidenti Mixail Qorbaçov isə əksinə, ov quşlarını sevməzmiş. O, ördək filesi və hind quşlarına üstünlük verib. Xarici səfərləri zamanı isə dəniz məhsullarından dadarmış.

Baş aşpazın sözlərinə görə, Boris Yeltsin dəniz məhsullarından hazırlanmış yeməkləri xoşlamazmış: “O, nə gəldi yeyərdi, amma dəniz məhsullarını, əsasən də xərçəng, dəniz pişiyi və qurbağaları yemək stoluna buraxmazdı”.

Qalkinin sözlərinə görə, Vladimir Putin menyüsündə kotletin olmasını xoşlayır. Bundan başqa, prezident qoyun və dana ətindən hazırlanmış yeməkləri də sevir, aradabir tikə balıq yeməkdən də vaz keçmir.

Qalkin deyir ki, hələ sovet dönəmində Kremldə adi insanların xəyalı olan manqo, kivi, avokado, ananas kimi ekzotik meyvələr menyüdən əskik olmazmış.

# 4875
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar