10:59
05 May 2020

"Müğənnilərin sizə borcu yoxdur" - Ədalət Şükürovdan yardım istəyənlərə - VİDEO

“Doğrudan da müğənnilərin heç kimsəyə borcu yoxdur. Bizim borcumuz dövlətimizə, valideynlərimizə, övladlarımızadır”. Bu sözləri Lent.az -ın canlı yayımında qonaq olan Əməkdar artist Ədalət Şükürov deyib:

“Evdə oturmaq lazımdır. Deyilənlərə əməl etmək lazımdır. Hamı elə bilir ki, müğənnilər səhərdən axşama qədər pul qazanır. Müğənnilər ildə 6 ay işləyir. Çünki orucluq, məhərrəmlikdə işləmirik. Biz müğənnilərin də öz xərcləri var. Bir çoxları yazır ki, yardım etmirsiniz. Mən hər zaman yardım etmişəm. Bunu kiməsə hesabat verməyə borcum yoxdur. Hər zaman istəmişəm ki, etdiyimi heç kimsə bilməsin. Mənim sözlərimə tənqid yazan adamların çoxu real insanlar deyil. Müğənnilər nəsə edirsə, ona çox sağ ol demək lazımdır”.

Qeyd edək ki, Ə.Şükürovun müsahibəsinin ardına aşağıdakı linkdə baxa bilərsiniz:

Dİgər xəbərlər