09:57
05 May 2020

"O müğənnini sənətə mən gətirmişəm" - Əməkdar artist AÇIQLADI - VİDEO

Əməkdar artist Ruhəngiz Allahverdiyeva sənət aləmində dəstək olduğu həmkarlarından danışıb.

Lent.az -ın məlumatına görə, “7 canlı” verilişində qonaq olan müğənni bu sözləri deyib: “Müğənni Nazənini ilk dəfə səhnəyə mən gətirdim. O vaxt dövlət televiziyasında “Xoş gəlmisən” verilişi var idi. Ora hər müğənni çıxa bilməzdi. Mən orada dedim ki, mahnılarım səslənməsin, amma Nazənin xanım oxusun. Onlar çətinliklə olsa da, razılaşdılar. Maşallah olsun, Nazənin xanım özünü doğrultdu. O müğənni kimi yox, həm də insan kimi də özünü doğrultdu. Allah onun ailəsini, övladlarını qorusun”.

Dİgər xəbərlər