14:06
04 May 2020

İranda koronavirusdan ölənlərin sayı 6 277 nəfərə çatdı

İranda son 24 saat ərzində 74 nəfər yeni növ koronavirusdan (COVID-19) vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 6 277 nəfərə çatıb.

İranda indiyə kimi koronavirusa 98 647 nəfər yoluxub, xəstəlikdən 79 397 nəfər sağalıb.

Dİgər xəbərlər