Boliviyada təyyarə qəzası: Ölənlər var
03 may 2020 04:33 (UTC +04:00)

Boliviyada təyyarə qəzası: Ölənlər var

 

Boliviya Hərbi Hava Qüvvələrinə məxsus kiçik təyyarənin qəzaya uğraması nəticəsində altı nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “Pagina Siete” qəzeti məlumat yayıb.

Məlumata görə, Beni departamentində qəzaya uğrayan təyyarə Santa-Krus şəhəri istiqamətində hərəkət edirmiş. Təyyarədə altı nəfər – iki pilot və vətənlərinə qayıtmaları üçün beynəlxalq hava limanına çatdırılmalı olan dörd ispaniyalı sərnişin olub.

İnsidentin səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3050

Oxşar yazılar