06:24
02 May 2020

Koronavirusun yeni simptomu tapıldı: əllərin, qarının...

“Koronavirusa yoluxmuş bəzi xəstələrdə müxtəlif dəri səpkiləri müşahidə edilir”.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Kommunark yoluxucu xəstəliklər xəstəxanasının baş həkimi Denis Protsenko Rusiya Yəhudi Konqresinin təşkil etdiyi onlayn videokonfrans zamanı bildirib.

Baş həkimin sözlərinə görə, COVID-19 xəstələrinin 10 faizində dəri təzahürləri üzə çıxır: “Bunlar haqqında çox yazılmırdı. Çinli həmkarlarımız az hallarda bununla bağlı az da olsa fikirlər səsləndirirdi. Həmçinin, ingilis həkimlər də eyni simptomlarla qarşılaşıblar”.

Virusun yayıldıqca mutantlaşdığını deyən mütəxəssis dəri səpkilərinin bədənin müxtəlif yerlərində, ilk növbədə əllərin və qarın nahiyəsində göründüyünü vurğulayıb.

Qeyd edək ki, sözügedən verilişin videoyazısı Facebook-da yayımlanıb.

Dİgər xəbərlər