3252
13:02
01 May 2020

Tərəvəz omleti (1 yaş +)

Kabaçok körpəyə verilən ilk qıdalardan biridir. Yumuşaq toxuma və aşağı alergik quruluşuna görə 6 aydan başlayaraq körpələrə veriləcək ilk qidalar arasındadır. Kabaçok qısa bir zamanda buxarda bişirilir və çəngəlin köməyi ilə asanlıqla əzilir. Kabaçok ilə müxtəlif yemək reseptləri hazırlana bilər. Körpəniz kilolu bir körpədirsə, kabaçok rasionunda asanlıqla yerini ala bilər. Çünki qidalanma dəyəri çoxdur amma daha az kalorilidir. Ancaq körpənizin həzm problemləri olan bir körpədirsə, kabaçoku tanıtmaq üçün səkkiz ayı gözləməyinizdə fayda var.

Körpənizdə ishal problemi varsa, ona kabaçok verməyin. Kabaçok ishalı daha da artıra bilər. Ancaq qəbizliklə qarşılaşmısınızsa, rahatlıqla körpənin menyusuna əlavə edin. Birdə, kaboçukun tərkibində oksalat deyilən bir maddə var ki, böyrək və öd kisəsi problemləri olanlar üçün yaxşı hesab olunmur. Körpənizə kabaçok verməzdən əvvəl həkiminizlə məsləhətləşməniz doğru bir qərar olar.

Unutmayın ki, kabaçok dərhal hazırlanmayacaqsa, onu yumayın. Soyuducuda yuyulmadan saxlayın. Ancaq yemək hazırlayarkən, bol su ilə yumaq lazımdır. Yuyulan kabaçokları soyuducuda saxladıqda daha tez keyfiyyətini itirir.

Kabaçokın faydaları nədir?

  • A, C, E, K vitaminlərini ehtiva edir.
  • Maqnezium, mis və dəmir minerallarına malikdir.
  • Fosfor, natrium və kalsium ehtiva edir.
  • Lifli bir qidadır.
  • Faydalarına görə ürək dostu hesab edilir.
  • Xərçəngə qarşı profilaktikdir.
  • Sümük inkişafını dəstəkləyir.
  • Göz sağlamlığının qorunması üçün faydalıdır.
  • İmun sistemini gücləndirir.

Tərəvəzli omlet üçün lazım inqrediyentlər:

  • 1 yumurta,
  • 3 yemək qaşığı süd,
  • 1 ədəd kabaçok,
  • 100 qr brokoli,
  • 100 qr balqabaq,
  • 3 xörək qaşığı "Zeytun Bağları" zeytun yağı,
  • Zövgə görə duz.

Tərəvəzli omletin hazırlanması

Balqabaq və kabaçok təmizlənib, rəndədən keçirilir. Brokoli xırda doğranılır. Tavaya zeytun yağı əlavə edib, ilk əvvəl balqabaq qapağı bağlı şəkildə vam odda 5-6 dəqiqə bişirilir. Sonra kabaşok və brokoli əlavə edilib, qapağı bağlı vəziyyətdə 15-20 dəqiqə bişirilir. Tərəvəzlər bişdikdə, zövgə görə duz vurulur. Yumurta südlə yaxşı çırpılıb, tərəvəzlərin üzərinə əlavə edilərək, qapağı bağlı tam bişirilir. Nuş olsun!