11:34
01 May 2020

Azyaşlı qızının çılpaq şəkillərini sevgilisinə göndərən "ana" azadlıqda

Türkiyənin Əskişəhər vilayətində qızını sevgilisi ilə ünsiyyətdə olmağa məcbur edən ana azadlığa buraxılıb.

Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, ana Ö.A. 2019-cu ilin iyul ayında 3 uşağını da götürərək oteldə sevgilisi H.H.K. ilə görüşüb. Uşaqlarını bir otağa qoyub sevgilisinin yanına gedib. Bir müddət sonra yan otaqdakı 14 yaşlı qızını da sevgilisinin yanına aparıb. Bundan sonra Ö.A. qızının paltarlarını çıxararaq, sevgilisi ilə birlikdə olmağını istəyib. H.H.K.nın cinsi istismarına məruz qalan qız sonra otağı tərk edib. Növbəti günlərdə isə anası qızının çılpaq şəkillərini sevgilisnə göndərib.

Qızın məktəbdəki sinif rəhbərinin hüquq-mühafizə orqanlarına müraciətindən sonra ana Ö.A. və H.H.K. martın 6-da saxlanılıb. Prokurorluq ana və sevgilisinə “Uşağa qarşı cinsi təcavüz, şəxsi həyata müdaxilə etmə, azyaşlının cinsi istismarı, təhdid, azadlığın əlindən alınması” maddələri ilə Əskişəhər 3-cü Ağır Cinayətlər Məhkəməsində cinayət işi qaldıraraq, barələrində 43 il cəza istəyib. Ana Ö.A. günahını boynuna alsa da, sevgilisi iddiaları rədd edib.

Əskişəhər 3-cü Ağır Cinayətlər Məhkəməsi təqsirli bilinən Ö.A. və H.H.K.nı 48 günlük həbsdən sonra şərti azadlığa buraxıb. Qızın atası isə qərarın ləğvi üçün Əskişəhər 4-cü Ağır Cinayətlər Məhkəməsinə üz tutub.

Dİgər xəbərlər