08:46
01 May 2020

"Boeing 777X" növbəti sınaq uçuşunu həyata keçirdi

Genişgövdəli “Boeing 777X” sərnişin təyyarəsi ABŞ-ın Vaşinqton ştatı üzərində yeni sınaq uçuşunu həyata keçirib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə “Boeing” şirkətinin saytında məlumat yer alıb.

Bu tip təyyarənin ilk sınaq uçuşu yanvarın 25-də baş tutub. Şirkətin apardığı bütün sınaq uçuşlarında dörd ədəd “Boeing 777X” tipli təyyarə iştirak edib.

Şirkətin məlumatına görə, ötən gün baş tutan sınaq ikinci laynerin ilk uşuşu olub. Sınaq uçuşu təxminən 3 saat davam edib. Bu müddət ərzində xüsusi avadanlıqdan istifadə edərək təyyarə sistemlərinin işi barədə məlumatlar qeydə alınıb. Təyyarəni iki pilot idarə edib. “Boeing 777X”-in havaya qalxdığı məkan məlum olmasa da, o, Sietldə enib.

Dİgər xəbərlər